Afinada anarxistlərlə polis arasında toqquşmalar olub

19-05-2017, 08:22           
Afinada anarxistlərlə polis arasında toqquşmalar olub
Yunanıstanda hökumətin əmək qanunvericiliyinin islahatı paketi etirazlara səbəb olub. Yeni qənaət tədbirlərinə qarşı ümumi tətilə çıxış edən həmkarlar ittifaqlarına bu dəfə təqaüdçülər də Afinada təşkil etdikləri nümayişlərlə dəstək verib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, parlament binası qarşısında baş tutan aksiyalarda bir qrup maskalı ararxist polisə daş və "molotov kokteyli" atıb, daha sonra binaya soxulmağa cəhd edib. Polis cavabında gözyaşardıcı qazdan istifadə edib.

Atılan "molotov kokteyli" prezident qvardiyasına məxsus gözətçi köşkünün yanmasına səbəb olub. Polislə qarşıdurmalar parlamentdən bir qədər uzaqlıqda, "Böyük Britaniya" mehmanxanasının yaxınlığında davam edir.
[media=https://www.youtube.com/watch?v=U1NyDeXUl-4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru