Ayətulla Xamenei iranlılara müraciət etdi — "Seçkilərdə fəal iştirak edin"

19-05-2017, 13:02           

İranın ali dini rəhbəri Ayətulla Əli Xamenei iranlıları prezident seçkilərində fəal iştirak etməyə səsləyib. Xamenei artıq Tehranda seçki məntəqələrinin birində səsvermədə iştirak edib.

Qeyd edək ki, İranda keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparır. Bunlar ikinci dəfə prezident seçilməyi hədəfləyən Həsən Ruhani, ölkənin sabiq baş prokuroru Ebrahim Rəisi, sabiq mədəniyyət və islam orientasiyası naziri Mustafa Ağa Mirsalim və eks sənaye naziri Mustafa Haşemi Tabadır.
"Ölkə.Az"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru