Ucuz üzük aldı, qaşı yarım milyonluq brilyant çıxdı

22-05-2017, 22:57           

İngiltərədə bir nəfər 30 il əvvəl ikinci əl bazarından 10 funt sterliqnə (20 manatdan bir az çox) satın aldığı brilyant üzüyü 350 min funt sterlinqə (800 min manata yaxın) satışa çıxarıb.

“Sotheby s” muzeyindən bildirilib ki, bir nəfər 1980-ci illərdə aldığı üzüyü daşının gerçək dəyərini bilmədən illərlə taxıb: “Üzük köhnə olduğu üçün parıldamayıb. Bu üzdən də onun sahibi üzüyün antikvar olduğunu bilməyib. Halbuki həmin üzük 19-cu əsrdən qalıma 26 karatlıq brilyantdır”.

Amerikanın qiymətli daş-qaşlar üzərində araşdırma aparan institutu - “Gemological Institute of America (GIA)” üzüyün qədim və bahalı olduğunu təsdiq edən sertifikat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.