NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak etməyəcək

26-05-2017, 08:04           
NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak etməyəcək
NATO İŞİD terror qruplaşması ilə mübarizə koalisiyasına formal olaraq qoşulub. Bu o demək deyil ki, NATO koalisiyanın İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz, NATO 28 üzv dövlətin iştirakı ilə koalisiyanın üzvü olmasına dair razılığa gəldik. Bu o demək deyil ki, biz koalisiyaya üzv olmaqla hərbi əməliyyatlarda iştirak edəcəyik”, - deyə Stoltenberq qeyd edib.

“Bu, təlim və müdafiə qabiliyyətinin möhkəmlənməsi üzrə əlaqələndirilmə də daxil olmaqla, NATO-nun siyasi müzakirələrdə iştirak etməsinə imkan yaradacaq. Biz İraq hərbçiləri üçün təlimlərimizi davam etdirəcəyik. NATO-nun təlimi sayəsində partlayıcı qurğuları zərərsizləşdirməyi bacaran İraq hərbçiləri bacarıqlarını artıq Mosul uğrunda döyüşlərdə tətbiq edirlər”, - deyə baş katib bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru