Pentaqon: Koalisiyanın Mosula endirdiyi zərbə nəticəsində 100 dinc sakin ölüb

26-05-2017, 08:05           
Pentaqon: Koalisiyanın Mosula endirdiyi zərbə nəticəsində 100 dinc sakin ölüb
Pentaqon beynəlxalq koalisiyanın martın 17-də Mosula endirdiyi zərbə nəticəsində azı 101 dinc sakinin öldüyünü etiraf edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı hərbçilərin araşdırmasının yekunlarına dair bəyanatda bildirilir.

İnsident nəticəsində 36 nəfərin itkin düşdüyü bildirilir.

Bəyanatda qeyd olunur ki, koalisiyanın zərbəsi nəticəsində terrorçuların binada saxladığı xeyli miqdarda partlayıcı maddə güclü partlayışa səbəb olub. Nəticədə mülki şəxslər arasında çoxlu sayda ölənlər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru