ABŞ-da keçirilən nümayış zamanı 14 nəfər saxlanılıb

5-06-2017, 08:19           
ABŞ-da keçirilən nümayış zamanı 14 nəfər saxlanılıb
ABŞ-ın Portlend şəhərində (Oreqon ştatı) keçirilən nümayış zamanı azı 14 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis və etirazçılar arasında toqquşmalar baş verib.

Mayın sonunda Oreqon ştatı ərazisində qatarda sərnişin üç nəfərə bıçaq xəsarəti yetirib, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Adı açıqlanmayan kişi qəflətən qatarda olan hicablı qadınlara hücum edib, onları müdafiə etməyə çalışan üç nəfəri bıçaqlayıb. Cinayətkar polis tərəfindən saxlanılıb. Hücumun dini dözümsüzlük səbəbindən törədildiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru