Huan Qoytisolo dünyasını dəyişib

5-06-2017, 09:10           
Huan Qoytisolo dünyasını dəyişib
Məşhur ispan yazıçısı Huan Qoytisolo Mərakeşdə dünyasını dəyişib.

Məlumata əsasən, son aylar 86 yaşlı yazıçının səhhəti ağırlaşıb və o, bir neçə dəfə xəstəxanaya yatırılıb.

Qoytisolo Barselonada dünyaya gəlsə də, həyatının əksər hissəsini Fransada yaşayıb, 1996-cı ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra Mərakeşə köçüb.

İspan və katalan dillərində yazan Qostisolo “Cənnətdə kədər”, “Əllərin çevikliyi”, “Ləpədöyən”, “Sirk”, “Ada”, “Elə eyni sözlər”, “Xüsusi əlamətlər” və s. əsərlərin müəllifidir. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru