Qətər siyasi izolyasiyaya düşür - Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib

5-06-2017, 19:39           
Qətər siyasi izolyasiyaya düşür - Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib
Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən və Liviya da Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynə qoşulub.
Rəsmi Sana Qətəri Yəmən ərazisində ekstremist qruplara dəstək verməkdə günahkar adlandırıb.
Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra - Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.
Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru