Reysə gecikən qadın aeroport əməkdaşını döydü – VİDEO

5-06-2017, 22:28           
Reysə gecikən qadın aeroport əməkdaşını döydü – VİDEO
Çinin Uxan şəhər aeroportunda Paris reysinə buraxılmayan sərnişin əməkdaşa hücum edib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə bu gün “South China Morning Post” məlumat yayıb. Polislər onu 10 gün müddətinə göz altına alıblar.

Qeyd edilir ki, 36 yaşlı qadın qeydiyyata gecikib. Əri və uşağı da onunla olub. Qadına bileti dəyişmək təklif edilsə də, o, bundan imtina edib. O, Fransada mühüm konfransda iştirak etməli olduğunu deyib, əvvəlcə qeydiyyatdan keçirilməsini xahiş edib, amma sonra əsəbini cilovlaya bilməyib və bir neçə dəfə aeroport işçisinin üzünə zərbə vurub.

Şəhərin nüfuzlu universitetlərindən birinin doktoranturasında oxuyan qadının adı “Air France” şirkətinin qara siyahısına düşüb. Çində sosial şəbəkələrdə onun davranışı ciddi qınanılıb. Daxili aviadaşıyıcılar belə sərnişinə xidmət göstərməkdən imtina etməyə çağırılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru