Səudiyyə Ərəbistanı "Əl-Cəzirə" telekanalının ofisini bağlayıb

6-06-2017, 00:04           

Səudiyyə Ərəbistanının informasiya və mədəniyyət nazirliyi Qətərin "Əl-Cəzirə" telekanalının Səudiyyə Ərəbistanındakı ofisinin bağlanması və telekanalın bu ölkədə yayımı ilə bağlı lisenziyanın ləğvi haqqında qərar verib.

Qərar Əl-Cəzirənin terror təşkilatlarının planlarını təşviq etməsi, Yəməndəki Husi silahlılarını dəstəkləməsi, Səudiyyə Ərəbistanının daxili işlərinə qarışması və qarşıdurma yaratması səbəbi ilə əlaqələndirilib.

Telekanldan hələlik bununla bağlı heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.(trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru