BƏƏ rəsmisi: “Qətər zəmanətli “yol xəritəsi” təklif etməlidir”

6-06-2017, 09:11           
BƏƏ rəsmisi: “Qətər zəmanətli “yol xəritəsi” təklif etməlidir”
Münasibətlərin bərpası üçün Qətər zəmanətli “yol xəritəsi” təklif etməlidir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət katibi Ənvər Qarqaş bəyan edib.

“Razılaşmaların pozulmasından sonra etimad bərpa edilməli, zəmanətli “yol xəritəsi” təklif edilməlidir. Biz səmimilik və şəffaflıq yolunu seçmişik, anarxiya əvəzinə sabitliyi seçmişik, mötədillik və inkişaf, kral Salmanı və Səudiyyə Ərəbistanını seçmişik”, deyə Ə.Qarqaş bildirib.

Onun sözlərinə görə, rəsmi Dohaya qarşı qərar illər boyu səbir və dözüm göstərildikdən, öyüd-nəsihət verildikdən sonra qəbul edilib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru