ABŞ Senatı İsraildəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qətnamə qəbul edib

6-06-2017, 09:21           
ABŞ Senatı İsraildəki səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qətnamə qəbul edib
ABŞ Senatı bazar ertəsi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və ərəb-İsrail münaqişəsinin "iki dövlət" prinsipi əsasında nizamlanmasına çağıran qətnamə qəbul edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, 100 senatordan əksəriyyəti sənədin lehinə səs verib.
"Qüdsün birləşməsinin 50 illik yubileyinin keçirilməsi haqqında" qətnamənin qısa izahatında qeyd olunur ki, sənəd Amerikanın çoxdankı ikipartiyalı siyasətini təsdiqləyir. Bu siyasətə görə, Qüdsün daimi statusu məsələsi tərəflər arasında iki dövlətin dost münasibətləri barəsində qərarlara dair yekun statusu haqqında danışıqlar yolu ilə həll olunmalıdır.
Senatın qətnaməsi məcburi xarakter daşımasa da, ABŞ-ın göstərilmiş məsələ üzrə ali qanunverici orqanının mövqeyini əks etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru