ABŞ-dan Qətər böhranı ilə bağlı ikinci açıqlama

6-06-2017, 10:56           

ABŞ-ın Yaxın Şərqdəki tərəfdaşları aralarındakı fikir ayrılıqlarını sülhlə həll etməlidirlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Edrian Rankin-Hallouey söyləyib. O, Vaşinqtonun öz tərəfdaşlarından regional təhlükəsizliyi gücləndirmək üçün vahid qərar qəbul etməyə çağırış etdiyini bildirib.

Hallouey Qətərlə baş verən proseslərin ABŞ hərbçilərinin əməliyyatlarına təsir etmədiyini söyləyib.

Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazalarından biri Qətərdə yerləşir. Burada Amerikanın 10 minə yaxın hərbçisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru