ABŞ Aralıq dənizindəki gəmilərindən İŞİD-in mövqelərinə zərbələr endirməyə başlayıb

7-06-2017, 07:48           
ABŞ Aralıq dənizindəki gəmilərindən İŞİD-in mövqelərinə zərbələr endirməyə başlayıb
ABŞ Aralıq dənizindəki gəmilərindən İŞİD-in mövqelərinə silsilə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin məlumatında bildirilir.

“İyunun 6-da “Sarsılmaz əzm” əməliyyatı çərçivəsində Aralıq dənizinin şərqindəki “Corc Buş” aviadaşıyıcısının rəhbərlik etdiyi bir qrup gəmilərdən İŞİD-in mövqelərinə zərbələr endirib”, - deyə məlumatda bildirir.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının gəmiləri iyunun 5-də Aralıq dənizinə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru