Dövlət Departamenti: “Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıb”

7-06-2017, 07:49           
Dövlət Departamenti: “Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıb”
Rusiya Monteneqroda çevriliş törətməyi planlaşdırıbmış, bu barədə ölənin NATO üzrə tərəfdaşları məlumatlandırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu bəyanatı ABŞ dövlət katibinin köməkçisi vəzifəsini müvəqqəti icra edən Con Xeffern səsləndirib.

“Ötən il Monteneqroya bir qrup rusiyalı casus toplaşmışdı və ölkə rəhbərliyi bizi hazırlanan dövlət çevrilişi barədə məlumatlandırmışdı. Rusiyalı casuslar Monteneqroda seçkiləri pozmaq məqsədi ilə müxtəlif mexanizmlərdən istifadə ediblər”, - deyə Con Xeffern bildirib.

Qeyd edək ki, Monteneqro iyunun 5-də NATO-nun tamhüquqlu üzvü olub. Bundan əvvəl Monteneqro XİN rəhbəri Secan Darmanoviç bildirib ki, hökumət Alyansa qoşulmaq niyyətində olduğu üçün Rusiya ölkənin daxili işlərinə güclü müdaxilə edib. Rusiya tərəfi bu ittihamları rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru