Kiyev Moskvaya etiraz notası verib

7-06-2017, 07:50           
Kiyev Moskvaya etiraz notası verib
Rəsmi Kiyev Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərlik etdiyi bir qrup rusiyalı yüksək vəzifəli şəxsin Krıma səfər etməsi ilə əlaqədar bu ölkənin XİN-ə etiraz notası verib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Ukrayna XİN-i işğalçı dövlətin bir qrup yüksək vəzifəli şəxsin Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərliyi ilə Krım Muxtar Respublikasına növbəti qanunsuz səfəri ilə əlaqədar qəti etirazını bildirir. Həmin səfər Ukrayna qanunvericiliyinin və beynəlxalq hüququn kobud şəkildə pozulması ilə həyata keçirilib. Bununla əlaqədar Rusiya XİN-ə müvafiq etiraz notası verilib”, - deyə məlumatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru