Tramp Səudiyyə Ərəbistanının kralı ilə telefonla danışıb

7-06-2017, 08:07           
Tramp Səudiyyə Ərəbistanının kralı ilə telefonla danışıb
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əs Səud arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət zamanı D.Tramp Fars körfəzi ölkələrinin birliyinin vacibliyini qeyd edib.

“ABŞ prezidentinin çağırışı ondan ibarət olub ki, ekstremist ideologiya və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üçün regionda birliyin təmin olunması zəruridir. Bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Fars körfəzi ölkələri arasında birlik olmalıdır”, - deyə Ağ Ev nümayəndəsi bildirib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru