İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib

7-06-2017, 09:02           
İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib
İordaniya hökuməti Yaxın Şərqdə ən məşhur telekanallardan biri olan Qətərin "Al Jazeera" kanalının fəaliyyət üçün lisenziyasını geri çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İordaniya Nazirlər Kabinetinin nümayəndəsi məlumat verib. Həmçinin qeyd olunur ki, İordaniya Qətər Dövlətindəki diplomatik nümayəndəliyinin səviyyəsini də aşağı endirdiyi bəyan edib.

Qeyd edək ki, səkkiz ölkə - BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Onlar əmirliyi terrorizmi dəstəkləməkdə ittiham edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru