Britaniya seçim astanasında

7-06-2017, 09:10           
Britaniya seçim astanasında
İyunun 8-i Böyük Britaniyada növbədənkənar parlament seçkisi keçiriləcək. İcmalar Palatasındakı 650 yerə 3300-dən çox namizəd iddia edir.

Mühafizəkarlar Partiyasının 637, Leyboristlər Partiyasının 631, Liberal Demokrat Partiyasının 629, Yaşıllar Partiyasının 468, İstiqlal Partiyasının 377 namizədi qeydə alınıb.

Şotland Milli Partiyası parlamentdə şotlandlara ayrılan 59 yer üçün yarışır.

Mandat uğrunda 183 partiyasız namizəd mübarizə aparır.

İcmalar Palatası aprelin 19-da növbədənkənar seçki qərarı verib. Növbəti parlament seçkisi 2020-ci ildə keçirilməli idi.

Mühafizəkarlar və Leyboristlər 1922-ci ildən bu yana parlamentdə ən çox yer alan iki partiyadır. 1935-ci ildən isə baş nazirlər yalnız bu iki partiyanın təmsilçiləri olur. Hazırda Mühafizəkarlar Partiyasının lideri Tereza Mey baş nazirlik edir. (Novator.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.