Gürcüstanda əcnəbilərə torpaq satılmayacaq

9-06-2017, 09:01           

“Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”.

APA-nın məlumatına görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: “Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”.

Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru