“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verildi

9-06-2017, 09:03           
“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verildi
Smartfonların köməyi ilə çəkilmiş şəkillər ünsiyyət zamanı çox vaxt sözləri əvəz edir. Bu səbəbdən “WhatsApp” messencerinin yaradıcıları da populyar trenddən geri qalmaq istəmirlər: populyar messencerdə filtrlərə malik daha qabaqcıl şəkil redaktoru, həmçinin şəkillərin albomlar üzrə qruplaşdırılması əlçatan olacaq.
Hazırda bu yeniliklər mobil proqramın yalnız “iOS” versiyasında istifadəyə verilib.
Gununsesi.info “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “WhatsApp” messencerində “Instagram”da olduğu kimi, 10 deyil, yalnız 5 filtr mövcuddur. Bu filtrlərin köməyi ilə şəkilləri daha gözəgəlimli etmək və ya uğursuz işıqlandırmanı aradan qaldırmaq olar. Bundan başqa, çatda 4 və ya daha çox şəkil göndərilərkən onlar daha rahat baxış üçün avtomatik olaraq albom şəklində qruplaşdırılacaq.
Messencerdə tətbiq edilmiş daha bir yenilik qrup şəklində ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. İndi konkret mesaja cavab vermək olar. Bunun üçün barmaqla həmin mesajı soldan sağa çəkmək lazımdır.
“Facebook” şirkətinə məxsus messencerin tərtibatçıları “TechCrunch” nəşrinin yeniliklərin “Android” sisteminə inteqrasiyası haqda sualına cavab verərək bildiriblər ki, bu funksiyalar sözügedən sistemdə də reallaşdırılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.