Rusiyalı pilotlar kütləvi şəkildə ölkəni tərk edir

9-06-2017, 18:19           
Rusiyalı pilotlar kütləvi şəkildə ölkəni tərk edir
Son 2 il yarım ərzində 300 yüksək ixtisaslı rusiyalı təyyarə pilotu ölkəni tərk edərək, Asiya dövlətlərinin aviaşirkətlərinə üz tutublar.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, hazırda daha 400 pilot zəruri sənədləri toplayaraq, Rusiyanı tərk etmək niyyətindədir. Əsas səbəb isə fərqli əməkhaqqı, istirahət imkanı və planlı uçuş saatlarının azlığıdır.

Rusiyalı pilotların əsas etibarilə Çin, Cənubi Koreya və Vyetnama üz tutduqları bildirilir.

Bu tendensiyanın nəticəsi kimi, son vaxtlarda Rusiya aviaşirkətlərində reyslərin həyata keçirilməsində real problemlərin yaşandığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru