Tramp: “Rusiya ilə sövdələşmə olmayıb, məlumatları keçmiş FTB rəhbəri sızdırıb”

10-06-2017, 07:35           
Tramp: “Rusiya ilə sövdələşmə olmayıb, məlumatları keçmiş FTB rəhbəri sızdırıb”
“Mənim Rusiya ilə heç bir əlaqəm olmayıb”.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında bəyan edib.

“Heç bir sövdələşmə olmayıb, bütün məlumat sızmalarını isə keçmiş Federal Təhqiqatlar Bürosunun direktoru Komi təşkil edib”, deyə D.Tramp bildirib.

O, həmçinin sabiq FTB direktorundan loyallıq istəmədiyini, sabiq milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnə qarşı araşdırmanın dayandırılmasını tələb etmədiyini, dediklərini andla təsdiq etməyə hazır olduğunu vurğulayıb.

Ötən gün Senatda keçirilən dinləmələrdə ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi bəyan edib ki, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub.

Qeyd edək prezident Tramp FTB direktoru Ceyms Komini mayın 9-da vəzifədən kənarlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin fevralda istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.