İranda bir kənd tamamilə dağıdıldı: 22 nəfər öldü

11-06-2017, 12:43           

İranın cənub-qərbindəki Xuzistan əyalətində qəbilələrarası toqquşma nəticəsində azı 22 nəfər həlak olub.

İki qəbilə arasında məişət mübahisəsi silahlı münaqişəyə çevrilib.

Hadisə nəticəsində onlarla sakin yaralanıb.

Xuzistan əyalətinin deputatı Hidayətulla Xadəminin sözlərinə görə, münaqişənin baş verdiyi kənd tamamilə dağıdılıb. Sakinlər yaşayış yerlərindən didərgin düşüblər. (trend)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.