Yaponiyada leysan yağışlar 6 nəfərin ölümünə səbəb olub

7-07-2017, 08:28           
Yaponiyada leysan yağışlar 6 nəfərin ölümünə səbəb olub
Yaponiyanın cənub-qərbindəki Fukuoka və Oita prefekturalarında baş vermiş leysan yağışlar altı nəfər ölümünə səbəb olub, daha 19 nəfərlə əlaqə kəsilib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Oita, Fukuoka və Kumamota prefekturalarında 96 min nəfərin təxliyə rejimi hələ də qalmaqdadır. Ölənlərdən üçü leysan yağışları səbəbindən çayın daşması ilə əlaqədar demək olar, tamamilə su altında qalmış Asakura şəhərində aşkarlanıb. Burada su evlərin birinci mərtəbəsindən yuxarı qalxıb.
Fukuoka prefekturasının üç kəndində 700 nəfərdən çox insanla əlaqə kəsilib. Kənddə yollar su altında qalıb, humanitar yardım gətirilməsi mümkün deyil. Hava şəraitinin pisləşməsi səbəbindən yaxın saatlara qədər vertolyotla yardımın gətirilməsi mümkün deyildi.
Fəlakət yerinə polis, yanğından mühafizə və özünümüdafiə qüvvələrinin 7,5 min əməkdaşı cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru