Melaniya Tramp 2500 dollarlıq pencəyi ilə dünya gündəmində - FOTOLAR

7-07-2017, 09:14           

ABŞ-ın birinci xanımı Melaniya Tramp geyimləri ilə gündəmdən düşmür.
Publika.az xəbər verir ki, birinci xanım ən son Polşa səfərində geyindiyi pencəklə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.
Melaniya Tramp bu dəfə 2500 dollar (təxminən 4200 manat) dəyərində yaşıl rəngli pencəyi ilə qatıldığı mərasimin ən cazibədar xanımı olub.
Pencək birinci xanımın dizayneri Diana Von Furstenberq tərəfindən tikilib.
Polşa səfərində Donald Trampın qızı İvanka Tramp da geyim mövzusunda birinci xanımdan geri qalmayıb. O, “Escada” brendindən olan kostyumu ilə diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru