Moskva apreldə Bakıya etdiyini indi Ukraynaya edir - VİDEO

7-07-2017, 16:03           
Moskva apreldə Bakıya etdiyini indi Ukraynaya edir - VİDEO
Ukrayna hərbçiləri heç vaxt Rusiyaya hücum etməyəcək, amma öz torpaqlarından da geri çəkilməyəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı jurnalist Roman Tsimbalyuk “Rossiya 1” telekanalında yayımlanan verilişlərdən birində çıxışı zamanı söyləyib. Rus aparıcıların təxribat xarakterli suallarına cavab verən jurnalist Donbas savaşını Ukrayna Prezidenti Pyotr Poroşenkonun başlatmadığını bildirib:

“Müharibə başlayanda Poroşenko prezident deyildi, amma Putin prezident idi. Siz yalnız Donbasda ölən Ukrayna hərbçilərindən danışırsınız. Artıq Rusiyanın Ukraynanın şərqində neçə hərbçisinin ölməsi ilə maraqlanması lazımdır. Biz sizdən fərqli olaraq ölkəmizi müdafiə edəcəyik və Rusiyaya hücum etməyəcəyik. Niyə 35% rusiyalı Ukraynanı hərbi təhdid kimi görür? Bizdən qorxursunuz?”.

Qeyd edək ki, Rusiya televiziyaları dəfələr təxribat xarakterli hərəkətlərə yol veriblər. Bu fəaliyyətlər daha çox Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova və Baltikyanı ölkələrə qarşı müşahidə olunub. Keçən ilin aprel döyüşləri zamanı Rusiya televiziyaları, xüsusilə, Azərbaycana qarşı daha çox aktiv təbliğat həyata keçirirdilər.
[media=https://www.youtube.com/watch?v=7D71INcXoJA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru