ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var 10-07-2017, 09:14 ABŞ-ın Sinsinatti şəhərində (Ohayo ştatı) silahlı insident baş verib. APA-nın ABC News-a istinadən verdiyi məlumata görə, əyləncə gecəsində baş verən atışma nəticəsində 1 qadın ölüb, üçü uşaq olmaqla 8 nəfər yaralanıb. Hazırda polis insidentin motivlərini araşdırır. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir. Facebook-da paylaş