Kaliforniyada meşə yanğınları səbəbindən minlərlə insan təxliyyə olunub
10-07-2017, 09:25
Kaliforniya ştatının bir neçə regionunun ərazisində tüğyan edən meşə yanğınları ilə əlaqədar minlərlə sakin təxliyyə olunub. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, Syerra-Nevada dağ massivi yaxınlığında yaşayan təqribən dörd min nəfər artıq təxliyyə olunub, daha 7400 nəfər təxliyyəyə hazırlaşmaq barədə məlumatlandırılıb. Hakimiyyət orqanlarının məlumatına görə, yanğının ümumi sahəsi təxminən 20 kv km ərazini əhatə edib və ən azı on tikili yanıb. Yanğın iyulun 8-də Kaliforniyada istilər səbəbindən başlayıb, ocaqlar sürətlə ştatın meşə massivlərinə yayılıb. Hazırda yanğınlar Santa-Barbara şəhərinin artıq demək olar ki, ucqarlarına qədər çatıb.