Ukraynada azərbaycanlıları güllələdilər - Ölən və yaralanan var

10-07-2017, 13:29           
Ukraynada azərbaycanlıları güllələdilər - Ölən və yaralanan var
Ötən şənbə günü eyni vaxtda Ukraynanın iki şəhərində azərbaycanlılara atəş açılması ilə nəticələnən silahlı toqquşma baş verib.

Kiyevdə Taras Şevçenko bazarı ərazisində özünü "ATO döyüşçüsü" elan edən dəstə üzvləri ilə yerli ticarətçilər arasında münaqişə olub.

Bu barədə "Operativ Kiyev" yazıb. "ATO döyüşçüləri" söhbəti çox uzatmadan silaha əl atıblar. Nəticədə bir neçə ticarətçi yaralanıb və xəstəxanaya aparılıb.

"Şevçenko bazarı ərazisində ukraynalılarla azərbaycanlılar arasında "razborka” olub, silah tətbiq edilib, yaralananlar var”, -deyə dtp.kiev.ua yazıb.

Hadisə yerində polis və operativ qrup işləyir. Qanun qoruyucuları münaqişənin səbəblərini müəyyənləşdirirlər.

Digər toqquşma Nikolayev şəhərinin mərkəzində, Sobornaya və Admiralskaya küçələrinin kəsişməsində baş verib. Münaqişə iştirakçıları sahənin qazonunda atəş açıblar. Online.ua-nın xəbərinə görə, atışma nəticəsində azərbaycanlılar zərər çəkiblər.

Polisdən bildirilib ki, üç nəfər xəstəxanaya gətirilib. Onlardan biri dünyasını dəyişib. İnsidentlərin səbəbi araşdırılır. Hər iki fakt üzrə cinayət işi açılıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.