“Sizi əmin edirəm ki, Putinin motosikleti yoxdur” – Peskov

10-07-2017, 22:22           
“Sizi əmin edirəm ki, Putinin motosikleti yoxdur” – Peskov
Rusiya prezidentinin şəxsi motosikleti yoxdur.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Kremlin mətbuat katibi Dmitri Peskov çıxış edib. Onun sözlərinə görə, Putin “Kawasaki” motosikletini sürməyə cəhd etsə də, bu nəqliyyat vasitəsilə hərəkət etmir:
“Putin heç vaxt “Mitsubishi” motosikleti haqda heç vaxt heç nə danışmayıb. O, “Kawasaki” motosikleti haqda danışıb. Yapon şirkəti “Kawasaki”nin stendində belə məhsul var idi. Putin orada “mənim belə motosikletim var, lakin mən onu sürmürəm” deyib”.
Putinin mətbuat xidməti bildirib ki, mühafizə batalyonunun qarajında bir neçə motosiklet var. Putin hətta bir neçə dəfə belə motosikletlərə oturmağa cəhd edib.
Qeyd edək ki, Putin bu gün “İnnoprom-2017” sərgisini ziyarət edib. Belə bir xəbər çıxmışdı ki, guya o, sərgidə “Kawasaki” motosikletinin sahibi olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru