Kremldən Alxanlıdakı təxribata münasibət: Təmkinli olun!

11-07-2017, 01:37           

Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib: "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq",-deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru