Kanadada meşə yanğınları səbəbindən 14 mindən çox insan təxliyyə olunub - VİDEO

11-07-2017, 09:08           
Kanadada meşə yanğınları səbəbindən 14 mindən çox insan təxliyyə olunub - VİDEO

Britaniya Kolumbiyasında yanğınlar tonqalın söndürülməməsi səbəbindən baş verib
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində geniş meşə yanğınları səbəbindən 14 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kanadanın CBC telekanalı məlumat yayıb.
Uan-Handred-Mayl-Haus şəhərinin, həmçinin Aşkroft və Keş-Krik yaşayış məntəqələrinin ayrı-ayrı rayonlarının bütün sakinləri təxliyyə olunub, əyalətdə yolların çoxu qismən bağlanıb. Britaniya Kolumbiyası ərazisində 220 yanğın ocağı qeydə alınıb.
Britaniya Kolumbiyasında meşə yanğınları tonqalın söndürülməməsi səbəbindən baş verib. Yanğının mənbəyi iyulun 1-də Harrison gölünün yaxınlığında qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru