Qəzzafi devrilmədən öncə İsrailə zəng edibmiş

11-07-2017, 14:41           
Qəzzafi devrilmədən öncə İsrailə zəng edibmiş
Liviyanın mərhum lideri Müəmmər Qəzzafi 2011-ci ildə devrilmədən az öncə son ümid kimi İsrailə zəng edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Liviya Yəhudiləri Birliyinin lideri Rafael Luzon söyləyib. Onun sözlərinə görə, Qəzzafi ediləcək yardım qarşılığında Tel-Əvivə yəhudilərin hüquqlarını qoruyacağı və İsrail ilə barışacağına söz verib:

“Qəzzafi 2011-ci ildəki hadisələr zamanı mənə iki dəfə zəng edərək, İsraildən onu qurtarmağımı xahiş etməyimi istədi. Tələbini rədd etdim. Ona görə ki, bu bazarlıq ediləsi məsələ deyildi. İsrail ilə sülh anlaşma ilə deyil, inancla olur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.