ABŞ Dövlət Departamenti “Patriot” zenit-raket komplekslərinin Rumıniyaya satışına icazə verib

12-07-2017, 08:32           
ABŞ Dövlət Departamenti “Patriot” zenit-raket komplekslərinin Rumıniyaya satışına icazə verib
ABŞ Dövlət Departamenti “Patriot” zenit-raket komplekslərinin Rumıniyaya satışına icazə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq idarəsinin məlumatında bildirilir.

Kontraktın dəyəri 3,9 mlrd. dollar təşkil edir. Layihənin əsas podratçıları “Raytheon” və “Lockheed Martin” ABŞ şirkətləridir.

Qeyd edək ki, Rumıniya apreldə “Patriot” zenit-raket komplekslərinin tədarükünə dair ABŞ-a müraciət edib. Rumıniya hökuməti həmçinin ABŞ istehsalı olan 6 ədəd “F-16” qırıcı döyüş təyyarələri əldə etmək niyyətindədir.

Polşa iyulda ABŞ-la “Patriot” zenit-raket komplekslərinin tədarükünə dair müqavilə imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.