Çeşmədən özünü aşağı atdı - Təhlükəli ənənə

12-07-2017, 08:42           
Çeşmədən özünü aşağı atdı - Təhlükəli ənənə
İspaniyanın Pamplona şəhərində ənənəvi olaraq təşkil edilən San Fermin Festivalı zamanı bir qadın 18-ci əsrdə qalma bir bulağın üzərinə çıxıb soyunmağa başladı. Təkrar üzərini geyən qadın kürək üstü özünü boşluğa buraxdı.

BakuNews.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, gənclərin çeşməyə dırmanıb, aşağıda gözləyən kütlənin arasına atlaması bir ənənə.

Ancaq Pamplona Bələdiyyəsi ümumiyyətlə xaricilərdən ibarət olan gənclərin çeşməyə qalxaraq tulanmasının qarşısını almaq üçün bir kampaniya başlatdı. Çünki bu atlayış sonunda insanlar xəsarətlər alır.

Xəbərdə, San Fermin Festivalı zamanı reallaşdırıldığı ifadə edilən bu ənənəni yaşatmaq üzrə həyatını riskə atan qadının yaralanmadığı məlumatı da verilməkdədir.

Digər tərəfdən, Cümə günü başlayan fəaliyyətdə öküzlərin iştirakçıların arxalarında qaçması şəklində təşkil edilən vəhşilik dolu San Fermin Festivalı zamanı ikisi Amerikalı, biri İspan olmaqla 5 nəfər yaralanıb. Buğaların bir dəhliz halında küçələrdə insanların arxasından qaçmaları bütün dünya tərəfindən tənqidlərə səbəb olur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.