Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb

12-07-2017, 08:47           
Yaponiyanın cənub-qərbində itkin düşmüş 22 nəfərin axtarışına başlanılıb
Yaponiyanın özünümüdafiə qüvvələrinin 2000-ə yaxın əməkdaşı ölkənin cənub-qərbində leysan yağışların səbəb olduğu daşqın və sel nəticəsində itkin düşmüş 22 nəfərin axtarışını həyata keçirir.
"Report"un məlumatına görə, bu barədə "Nippon Television Network" telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, Fukuoka və Oita prefekturalarında 25 nəfərin ölməsi rəsmi şəkildə təsdiqlənib. Bununla yanaşı, daha 22 nəfər itkin düşmüş sayılır.
İtkin düşmüş şəxslərin axtarışına 2000 hərbçi, polis və yanğınsöndürən cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru