Britaniyada ilk dəfə iki müsəlman oğlan “evləndi”

12-07-2017, 11:12           

Britaniyada ilk dəfə iki müsəlman oğlan “evləndi”


Böyük Britaniyada ilk dəfə iki eynicinsli müsəlman arasında nikah bağlanıb.

BakuPress.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, iyulun 11-də, “The Daily Telegraph” nəşri məlumat yayıb.

Mərasim Uest-Midlends qraflığının Uolsoll şəhərində keçirilib. 24 yaşlı Cahid Çauduri və 19 yaşlı Şon Roqen nikah mərasiminə ənənəvi Banqladeş geyimində gəliblər.

“Biz bütün dünyaya sübut edəcəyik ki, həm “mavi ”, həm də müsəlman olmaq olar”, - Çauduri deyib.

Nəşr qeyd edir ki, seksual oriyentasiyasına görə Çauduri bir neçə dəfə müsəlmanlar tərəfindən döyülüb. O, 15 il getdiyi məsciddən də qovulub.

Gənc oğlan bildirir ki, dəyişilməsi üçün dərman qəbul edib, ziyarətə gedib, hətta qızla da görüşməyə başlayıb, lakin bunların heç biri ona kömək etməyib.

İntihar etmək istəyən Çaudurinin fikrincə, onu gələcək “əri” ilə tanışlıq xilas edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru