Ermənistan Gürcüstanın azərbaycanlılar yaşayan ərazisini İŞĞAL ETDİ – VİDEO
12-07-2017, 13:04

Məqalədə qeyd olunur ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi. “Buna sənədlər şahidlik edir. Misal üçün Gürcü Sovet Ensiklopediyasında Hucabi monastrı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Məlumdur ki, SSRİ dövründə rəsmi nəşrlərdə qeyd olunan informasiyalar dəfələrlə yoxlanılmış və dəqiq məlumatlar olub”.
Sayt əlavə edir ki, SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib.
“Halbuki, bu monastr gürcülərə aiddir və onun arxitekturası da 13-cü əsr gürcü memarlıq üslubunun məhsuludur. Hələ 1988-ci ildə Qarabağın işğalı prosesinə strat verən erməni millətçilər Gürcüstana qarşı da təcavüz siyasəti yürüdüb və bunun nəticəsi olaraq, Hucabi monastrı işğal edilib. Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib”, - deyə məqalədə bildirilir.
Gürcüstan mediasının hazırladığı videosüjetdə Hucabi monastrı ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyirlər. Hazırda da həmin ərazidə yerləşən kəndlərdə azərbaycanlılar yaşayırlar.
Qeyd edək ki, 2005-ci ildə Gürcüstanın “Mze” telekanalının əməkdaşları monastrdan çəkiliş aparmaq istəyərkən erməni sərhədçiləri tərəfindən atəşə tutulub. Halbuki, gürcü jurnalistlər öz torpaqlarında yerləşən monastra baş çəkmişdi. Həmin vaxt bu hadisə iki ölkə arasında gərginliyə səbəb oldu. Lakin sonrakı dövrdə məsələ bir qədər sakitləşdi. Hazırda ermənilərin gürcü torpaqlarını zəbt etməsi faktı Gürcüstan ictimaiyyətində yenidən aktuallaşır.