Poroşenko “Malorossiya”nın yaradılmasından sonra Donbass və Krımı geri qaytarmağa söz verib

18-07-2017, 18:14           
Poroşenko “Malorossiya”nın yaradılmasından sonra Donbass və Krımı geri qaytarmağa söz verib
Ukrayna prezidenti Petro Poroşenko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinin rayonlarının, eləcə də Krımın Ukrayna dövlətinin suverenliyi altına geri qaytarılacağına əmin edib.

SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko “DXR” hökumətinin "Malorossiya dövləti"nin təsis olunduğunu elan etməsindən sonra məlumat verib.

“Novorossiya” layihəsi dəfn edilib. Ukrayna Donbass və Krım üzərində suverenliyini bərpa edəcək.”, - deyə S.Tseqolko Ukrayna prezidentinin sözlərindən sitat gətirərək, "Twitter" akkauntunda yazıb.

Xatırladaq ki, bu gün tanınmamış Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko yeni “Malorossiya dövləti”nin təsis olunduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru