BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib

6-08-2017, 10:40           
BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirən qətnamə qəbul edib
BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edib.

APA-nın xəbərinə görə, qətnamə KXDR-dən dəmir və dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarının idxalına qadağa qoyulmasını nəzərdə tutur. Həmçinin, Şimali Koreyanın Xarici Ticarət Bankının hesablarının dondurulması, BMT qətnamələrini pozmuş KXDR gəmilərinin bütün ölkələrin limanlarına girişinə, bu ölkənin şirkətləri ilə birgə müəssisələrin yaradılmasına və Şimali Koreyadan olan işçilərin sayının artırılmasına qadağa qoyulması, habelə digər sanksiyalar nəzərdə tutulur.

Amerika tərəfinin hesablamalarına görə, qeyd olunan məhdudiyyətlərin tam tətbiqi rəsmi Pxenyanın illik xarici valyuta gəlirlərini hazırkı 3 mlrd. dollardan 1 mlrd. dollaradək azaldılmasına imkan yaradacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru