KXDR və Cənubi Koreya XİN rəhbərlərinin görüşü olub

7-08-2017, 08:26           
KXDR və Cənubi Koreya XİN rəhbərlərinin görüşü olub
Filippinin paytaxtı Manilada KXDR və Cənubi Koreya XİN rəhbərlərinin görüşü baş tutub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilib.

Məlumata əsasən, qısa görüş zamanı Cənubi Koreyanın xarici işlər naziri Kan Qon Kvan həmkarına iki ölkə arasında danışıqlara başlamağa təklif edib. Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo təklifi qeyri-səmimi adlandıraraq rədd edib. Rəsmi Seul görüşlə əlaqədar hələ ki, rəsmi açıqlama, verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru