Ermənilər israili şantaj edir- 2016-ci ilin aprel savaşında İsrail Azərbaycandan erməni ordusunu vurub: Sübutlar var
18-08-2017, 00:57
2016-ci ilin aprel savaşında İsrail Azərbaycan tərəfdən iştirak edib, bu barədə dəqiq sübutlar mövcuddur. A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Ermənistanın İT texnologiyaları birliyinin sədri Karen Vardanyan deyib. O bildirib ki, İsraildə yaxşı anlayırlar ki, məsələ gərginləşir və tezliklə İsrailin aprel müharibəsində iştirakı məsələsi qaldırıla bilər. Ona görə də onlar mətbuat vasitəsilə vəziyyəti yumuşaltmağa çalışırlar. “İsrail anlayır ki, bu kimi hadisələr onlara ciddi ziyan vura bilər, ona görə də vəziyyəti yumuşaltmağa cəhd edirlər”. Karen Vardanyan qeyd edib ki, aprel hadisələri zamanı, Azərbaycan tərəfdən işlədən pilotsuz uçan vasitələr kifayət qədər təcrübəli idi.