Ruhani Səudiyyə Ərəbistanını terrorçuları dəstəkləməkdə ittiham edib

30-08-2017, 08:03           
Ruhani Səudiyyə Ərəbistanını terrorçuları dəstəkləməkdə ittiham edib
İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyadakı terrorçulara dəstək verməyə son qoymağı tələb edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə H. Ruhani televiziyaya müsahibəsində bildirib.

“Səudiyyə Ərəbistanının Yəmənə müdaxilə etməsi, Yəmən və Suriyadakı terrorçulara dəstək verməsi Tehran və Ər Riyad arasında əlaqələrin yaxşılaşdırılmasına mane olan əsas səbəbdir. Səudiyyə Ərəbistanı terrorçulara dəstək verməyə son qoymalıdır”, - deyə H.Ruhani qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru