Səudiyyə şahzadəsi Çeçenistana gəldi

6-09-2017, 00:25           
Səudiyyə şahzadəsi Çeçenistana gəldi
“Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid Bin Talyal Əbdüləziz əl-Səud respublikanın və krallığın iqtisadi əməkdaşlığı məsələlərini müzakirə etdilər”.

Virtualaz.org bildirir ki, bunu bu gün öz Instagram səhifəsində R.Kadırov yazıb.

"Əziz qardaşım, Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid Bin Talyal Əbdüləziz əl-Səud mənim qonağım oldu. Bizim əvvəlki görüşümüzün gedişatında o mənə söz vermişdi ki, Çeçenistan Respublikasına baş çəkəcək və öz sözünün üstündə durdu... Biz Səudiyyə Ərəbistanının və Çeçen Respublikasının iqtisadi əməkdaşlığı məsələlərini müzakirə etdik. Şahzadə humanitar və investisiya əməkdaşlığında iştirak etməyə hazır olduğunu bildirdi", — Kadırov yazıb.

Kadırov həmçinin vurğulayıb ki, Çeçen Respublikası ilə Səudiyyə Ərəbistanı arasında ən isti və dost münasibətləri yaranıb və indiki səfər, respublika başçısının fikrincə, onunla varis şahzadə Məhəmməd bin Salman tərəfindən əsası qoyulan dostluq münasibətlərinin davamıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.