YUNESKO-nun baş direktoru "Guardian"da yazılanları təkzib etdi

6-09-2017, 00:26           

YUNESKO-nun baş direktoru İrina Bokova, “Guardian” qəzetində sentyabrın 5-də dərc olunan “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı məqalədə həyat yoldaşı Kalin Mitrevin çirkli pulların yuyulması üzrə genişmiqyaslı sxemə və Azərbaycanla bağlı lobbiçiliyə cəlb edilməsi ilə əlaqədar yazılanları təkzib edib.

Bu informasiyanı şərh edən İ.Bokova bu məsələ ilə heç bir əlaqəsinin olmadığını və bu barədə artıq "Guardian"a da məlumat verdiyini bildirib.

"BMT-nin agentliyinin baş direktoru olaraq təşkilata üzv dövlətlərin müəyyənləşdirdiyi siyasətə uyğun təşkilatın bütün üzvləri ilə işgüzar əlaqələri inkişaf etdirməyə məcburam və Azərbaycan da istisna deyil", - İ.Bokova vurğulayıb.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru