Kaliforniyanın Coronado şəhərində sular çəkildi, sahildəki köhnə qumarxana gəmisi "SS Monte Carlo”nun batdığı gün üzünə çıxdı. Türk mediası xəbər verir ki, bu gəmi Kaliforniyanın ən tanınmış qumarxana yerlərindən biri idi. 1921-ci ildə neft tankeri kimi dənizə enən gəmi, daha sonra qumarxana və fahişəxana kimi xidmət göstərməyə başlayıb. Coronado sahilinin 3 mil açıqlığında beynəlxalq sularda üzən gəmi, əyalətdə qumar qadağan olmasına baxmayaraq qanuni olaraq Amerikanın sərhədləri içində olmadığı üçün problemlə də qarşılaşmadı. 1936-cı ilin yeni il gecəsi şiddətli fırtına gəmini sahildə batırdı. Gəmi sahilə sürüşdü, amma kimsə sahibl çıxmadı, çünki Amerikanın sərhədləri içinə girmişdi və kimsənin əl qoyması vəziyyətində sanksiyalar ortaya çıxacaqdı. Gəmi, 80 ildir Coronado sahilində bu halda dayanır və çox nadir yaşanan dəniz sularının çəkilməsi ilə gün üzünə çıxıb. sherg.az