Peskov sülhməramlıların Donbasda yerləşdirilməsinə dair Putinin mövqeyini açıqlayıb

6-09-2017, 09:05           
Peskov sülhməramlıların Donbasda yerləşdirilməsinə dair Putinin mövqeyini açıqlayıb
Rusiya prezidenti Vladimir Putin münaqişə tərəflərinin razı olacağı təqdirdə sülhməramlıların Donbasda yerləşdirilməsinə heç vaxt etiraz etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə D.Peskov qeyd edib ki, Donbasda yerləşdirilə biləcək sülhməramlıların tərkibi ilə bağlı hələlik heç bir aydınlıq yoxdur.

Onun sözlərinə görə, Putin həmişə qeyd edib ki, sülhməramlıların yerləşdirilməsi yalnız tərəflərin qarşılıqlı razılığı və qüvvələrin təmas xəttindən müəyyən məsafəyə geri çəkilməsi əsasında baş verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru