Dövlət Departamenti: Rusiyanın diplomatik mülkiyyətinə dair addımlarımız Vyana Konvensiyasına uyğundur

6-09-2017, 09:12           
Dövlət Departamenti: Rusiyanın diplomatik mülkiyyətinə dair addımlarımız Vyana Konvensiyasına uyğundur
ABŞ-ın Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı atdığı addımlar Vyana Konvensiyasına uyğundur. Çünki ABŞ diplomatik nümayəndəliklərin yerləşdirilməsinə razılığını geri götürüb. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə daxil olan ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

“Konsul münasibətləri haqqında Vyana Konvensiyasında qeyd olunub ki, bütün konsulluq idarələri qəbul edən tərəfin razılığı əsasında yaradılır. ABŞ Rusiyanın San Fransiskoda konsulluğuna dair razılığını geri götürüb”, - deyə bəyanatda bildirilir.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasında diplomatik nümayəndəliklərin binalarının yerləşdirilməsinə dair məhdudiyyətlərin qoyulmasına əngəl törədəcək heç bir müddəa yoxdur”, - deyə bəyanatda qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.