ABŞ-da qanunsuz miqrantlarla bağlı proqramın ləğvi etirazlara səbəb olub

6-09-2017, 09:15           

Nyu York polisi Tramp administrasiyasının qanunsuz miqranların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) ləğv etməsinə qarşı etiraz aksiyalarının 30-dək işrirakçısını saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əksəriyyətinin miqranların övladları təşkil etdiyi etirazçılar prezident Donald Trampın qeyri-rəsmi iqamətgahı hesab edilən “Trump Tower” bina kompleksinin qarşısında oturaq etiraz aksiyası keçirərək “Sənədsiz və qorxusuz” və sair şüarlar səsləndiriblər.

Etiraz aksiyaları ABŞ-ın bir çox iri şəhərlərində – Vaşinqton, Nyu York, Los Anceles, Denever və digər şəhərlərini əhatə edib.

Qeyd edək ki, ötən gün ABŞ-ın baş prokuroru Ceff Seşnns Barak Obamanın 2012-ci ildə qəbul etdiyi DACA proqramının ləğv edildiyini bəyan edib.

2016-cı ilə olan rəsmi məlumatlara əsasən, DACA proqramı ABŞ-da 750 min nəfəri əhatə edir. Onların əksəriyyəti Kaliforniya və Texasda yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru